Tramp Çini tarifləri ləğv etməyə çağırdı

 Tramp Çini tarifləri ləğv etməyə çağırdı
  02 Mart 2019    Oxunub:2395
ABŞ prezidenti Donald Tramp Çini Amerikadan idxal etdiyi kənd-təsərrüfatı məhsullarına qoyulan gömrük rüsümlarını ləğv etməyə çağırıb.
Azvision.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Tramp "Tvitter" səhifəsində yazıb.

“Mən Çindən xahiş etdim ki, bizim kənd-təsərrüfatı məhsullarımıza (mal əti, donuz əti və s. daxil olmaqla) qoyduğu bütün tarifləri ləğv etsin. Bu, bizim böyük fermerlərimiz və mənim üçün olduqca vacibdir” – Tramp vurğulayıb.

ABŞ prezidentinin sözlərinə görə, onun bu xahişi Çinlə danışıqların yaxşı keçməsindən, eləcə də, onun ötən həftə Çin məhsullarına qoyulması planlaşdırılan tarif artımlarını təxirə salmasından qaynaqlanır.

Hazırda iki ölkə arasındakı ticarət danışıqları davam edir. ABŞ prezidenti administrasiyası bəyan etmişdi ki, tərəflər məsələ ilə bağlı əhəmiyyətli irəliləyişə nail olublar. Bu isə öz növbəsində Vaşinqtonla Pekin arasında yeni ticarət sazişinin imzalanmasilə nəticələnəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ticarət   Çin   ABŞ  





Xəbər lenti