Çin Türkiyədəki baş konsulluğunu bağladı

 Çin Türkiyədəki baş konsulluğunu bağladı
  02 Mart 2019    Oxunub:2885
Çin rəhbərliyi Pekinlə Ankaranın münasibətlərində yaşanan gərginlik fonunda Türkiyənin İzmir şəhərindəki baş konsulluğunun müvəqqəti bağlanması barədə qərar qəbul edib.

Azvision.az xəbər verir ki, bu barədə Çinin Türkiyədəki səfirliyi bəyanat yayıb.
“Çinin İzmirdəki baş konsulluğunun rəsmi açılışı 2015-ci ilin sentyabrında baş tutub və həmin dövrdən etibarən Çinlə İzmir regionu arasında əməkdaşlığın yaxşılaşdırılmasında vacib rol oynayıb. Çin tərəfi 2019-cu ilin 28 fevralından etibarən İzmirdəki baş konsulluğunu müvəqqəti bağlamaq qərarına gəlib və bu barədə Ankaranı məlumatlandırıb. Türkiyə tərəfi bildirib ki, bunu anlayışla qarşılayır” – bəyanatda vurğulanır.

Həmçinin qeyd olunub ki, bundan sonra İzmirdəki baş konsulluğun əvəzinə bütün diplomatik və konsulluq işini Çinin Ankaradakı səfirliyi həyata keçirəcək.

Xatırladaq ki, fevralın əvvəlində Türkiyə XİN Çin hakimiyyətini qanunsuz həbs olunmuş uyğur türklərini sərbəst buraxmağa və Sintszyan-Uyğur regionundakı düşərgələri və həbsxanaları bağlamağa çağırmışdı.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Çin  





Xəbər lenti