Qadınları Türkiyədə satan kişi tutuldu

Qadınları Türkiyədə satan kişi tutuldu
  28 Fevral 2019    Oxunub:2266
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Y.Məmmədzadənin bir qrup şəxslə əlbir olub gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədzadə saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.

Azvision.az


Teqlər: DİN  



Xəbər lenti