Ermənistan XİN-in keçmiş rəhbəri dindirildi

Ermənistan XİN-in keçmiş rəhbəri dindirildi
  28 Fevral 2019    Oxunub:2541
Ermənistanda 2008-ci ilin martın 1-də keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərşivəsində ölkənin keçmiş xarici işlər naziri Vardan Oskanyan Xüsusi İstintaq Xidmətinə çağırılaraq dindirilib
Azvision.az xəbər verir ki, bu barədə “Armtimes.com” etibarlı mənbələrinə istinadən məlumat yayıb. Lakin Ermənistanın Xüsusi İstintaq Xidməti yayılan xəbərlərə şərh verməkdən imtina edib.

“Bunu şərh etmirik” - Xüsusi İstintaq Xidməti bildirib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ermənistan   İstintaq  





Xəbər lenti