Trampla Kim sanksiyalara görə sənəd imzalamayıb

 Trampla Kim sanksiyalara görə sənəd imzalamayıb
  28 Fevral 2019    Oxunub:1640
ABŞ prezidenti Donald Tramp Vyetnamda Şimlai Koreya lideri Kim Çen Inla keçirdiyi 2 günlük sammitin sonunda yekun sənəd imzalamamalarının səbəbini açıqlayıb.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, sammitin yekununa dair keçirdiyi mətbuat konfransında Tramp razılıq əldə olunmamasını Kim Çen Inın sanksiyalarla bağlı tələbi ilə əlaqələndirib.
“Problem sanksiyalarla bağlı idi. Əsasən, onlar ABŞ sanksiyalarının Şimali Koreya üzərindən tamamilə qaldırılmasını istədilər. Amma biz bunu edə bilmərik. Biz bundan uzaq durmalıyıq. Sənədlər imzalanmaq üçün artıq hazır idi, amma sanksiyalarla bağlı tələb uyğun deyildi” , deyə– Tramp bəyan edib.

Bununla belə Tramp bildirib ki, danışıqlar məhsuldar olub və Kim Çen In nüvə və raket sınaqları keçirməyəcəyinə dair söz verib. Trampın sözlərinə görə, tezliklə Amerika Şimali Koreyanın nüvə obyektlərində yoxlamalar aparacaq.

Bundan əvvəl sammitdə jurnalistlərin suallarını cavablandıran Şimali Koreya lideri bəyan etmişdi ki, ölkəsini tam nüvəsizləşdirməyə hazırdır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Vyetnam   ŞimaliKoreya   ABŞ  





Xəbər lenti