ARDNF Şimali Amerika, Avropa və Asiyada daşınmaz əmlak alacaq

 ARDNF Şimali Amerika, Avropa və Asiyada daşınmaz əmlak alacaq
  28 Fevral 2019    Oxunub:2700
2018-ci il ərzində Dövlət Neft Fondu özünün uzunmüddətli investisiya strategiyasının icrasına davam edib. Bununla belə, 2018-ci ildə səhmlər, özəl səhmlər, daşınmaz əmlak və qızıl kimi aktivlər üzrə yeni investisiyalar həyata keçirilib.
Azvision.az xəbər verir ki, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov AzərTAc-a müsahibəsində deyib. Onun sözlərinə görə, daşınmaz əmlak portfelində müştərək və fond investisiya strategiyaları üzrə ümumilikdə beş yeni yatırım edilib və əlavə olaraq, özəl səhm investisiyaları üzrə isə 2018-ci ildə 5 yeni fonda investisiyalar ilə bağlı müqavilələr imzalanıb.

"Dövlət Neft Fondunun daşınmaz əmlak portfeli üzrə gəlirliliyinin əsas komponentləri üzrə əldə olunmuş rəqəmlərə əsasən 2018-ci il ərzində də son illərdə adıçəkilən portfel üzrə müşahidə edilən müsbət gəlirlilik trendi davam edərək ötən il üzrə bu göstərici 9,9 faiz olub.

Daşınmaz əmlak bazarının ümumi vəziyyəti və bazarda cərəyan edən trendlər nəzərə alınaraq hər ilin sonunda ARDNF-in daşınmaz əmlaka investisiyaları ilə bağlı strategiyası yenilənərək təsdiqlənir. 2019-cu il üzrə olan müvafiq strategiyaya əsasən növbəti ildə Şimali Amerika, Avropa, Asiya və Sakit Okean hövzəsi regionlarında yerləşən bir sıra inkişaf etmiş ölkələrin müxtəlif tipli daşınmaz əmlak obyektlərinə birbaşa, müştərək və yaxud daşınmaz əmlak fondları vasitəsilə investisiyalar nəzərdə tutulur".

Azvision.az


Teqlər: ARDNF  





Xəbər lenti