Paşinyan: “Azərbaycan prezidenti ilə görüşəcəyik”

  28 Fevral 2019    Oxunub : 1591
Paşinyan: “Azərbaycan prezidenti ilə görüşəcəyik”
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə ilk rəsmi danışıqlar keçirəcəyini bəyan edib.

Azvision.az xəbər verir ki, bunu Paşinyan İrana səfəri çərçivəsində Tehranda erməni icmasının nümayəndələri ilə görüşündə deyib.
“Azərbaycan prezidenti ilə görüşməliyik. Bu görüşün konkret gündəliyi olmayacaq, amma onun başlıca istiqamətini danışıqlar formatının müzakirəsi təşkil edəcək. Hələlik, görüşün formatı ətrafında razılığa gəlməmişik. İndiyədək baş tutan təmasları isə rəsmi danışıqlar hesab etmək olmaz” – Paşinyan vurğulayıb.

Ermənistan baş naziri, həmçinin, bir daha destruktiv mövqe sərgiləyərək bildirib ki: “Biz danışıqlar prosesində Dağlıq Qarabağın yeni subyektivlik səviyyəsi əldə etməsi üçün hər şeyi etməliyik”.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün təşkilinə hazırlıq getdiyini bildirmişdi.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Paşinyan   İran   Prezident   Qarabağ