Xızıda yanğın, 2 nəfər xəsarət alıb

 Xızıda yanğın, 2 nəfər xəsarət alıb
  27 Fevral 2019    Oxunub:1993
Xızı rayonunda yaşayış evi yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, yanğın rayonun Yarımca kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evdə baş verib.

Belə ki, evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti