Ərdoğan Lavrovu tənqid etdi: “Yalan deyir”
Azvision.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalının efirində bu cür bəyanatla çıxış edib.
Qeyd edək ki, 24 fevralda Vyetnam televiziyasına müsahibəsində Lavrov kürd birləşmələrinin terrorçu hesab edilməsi ilə bağlı Moskva ilə Ankara arasında vahid razılığın olmadığını deyib. Onun sözlərinə görə, Rusiya bu məsələdə Ankaranın narahatlığını başa düşür, “amma taxılı samandan ayırmaq və baxmaq lazımdır ki, əslində hansı kürd birləşmələri ekstremistlərdir və Türkiyənin təhlükəsizliyinə təhdid yaradır”.
Leyla Elbrusqızı
Azvision.az