DSX-dan əməliyat: Narkoşəbəkə ifşa olundu - FOTOLAR

      DSX-dan əməliyat: Narkoşəbəkə ifşa olundu -    FOTOLAR
  27 Fevral 2019    Oxunub:4156
Son günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitə­lə­rin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahə­sin­də Dövlət Sərhəd Xidməti tərəfindən uğurlu əməliyyatlar davam etdirilib, narkotik vasitələrin dövlət sərhədindən qeyri-qanuni gətirilməsi cəh­dinin qarşısı alınıb.
DSX-dan Azvision.az -a verilən məlumata görə, 23 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sər­həd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Asta­ra rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sa­­hə­sində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfər şəxsin qeyri-qanuni yolla dövlət sərhədini pozması barədə məlumat da­xil olub. Sərhəd pozucusunun müəyyənləşdirilməsi və saxlanılması istiqamətin­də təşkil edilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:45 radələ­rində dövlət sər­hədini pozmağa cəhd edərkən İran İslam Res­pub­likasının vətəndaşı 1975-ci il təvəllüdlü Tahiri Müqəddəm Rza Əbdüləli oğlu saxlanılıb.



Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 1 ədəd bel çantası, 2 ədəd spirtli içki, 1 ədəd narkotik maddə istifadə etmək üçün qəlyan və 1 qram olan narkotik vasitə “tiryək” aşkarlanaraq götürülüb. Dövlət sərhədinin pozulması ilə əlaqədar Astara rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticə­sində İİR vətəndaşı ilə əlaqədə olan Astara şəhər sakini 1986-cı il təvəl­lüdlü Məmmədov Amil Nəhmət oğlu şübhəli şəxs qismində saxlanılıb. İlkin araşdırma zamanı A.Məmmədov 23 fevral tarixində gecə saat­larında As­tara rayonunun Ərçivan kənd sakini 1986-cı il təvəllüdlü Hacıye­va Vü­salə Qurban qızı ilə birlikdə Astara rayonunda yerləşən “İstisu” adla­nan əra­ziyə gəlmələri və İİR vətəndaşı ilə görü­şə­rək on­dan narkotik vasitə əldə etmələrini etiraf edib.



Daxili İşlər Nazırliyinin əməkdaşları ilə birgə keçiriən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 fevral tarixində V.Hacıyevanın yaşadığı evə baxış zamanı həyətyanı sahədə 2550 qram “heroin”, 540 qram “marixuana”, 300 qram “metamfetamin”, 64 ədəd tropikamid “mydrax”, 100 konvalyutda “pre­qabalin-150” aşkarlanaraq götürülüb. Saxlanılmış şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Mə­cəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmış, barələrində həbs qətimkan tədbiri seçilib.



İİR vətəndaşı Tahiri Müqəddəm Rza Əb­düləli oğlunun 2005-ci ildə döv­lət sərhədini pozduğuna və narkotik vasi­tələrin qaçaqmalçılığına görə DSX əmək­daşları tərəfindən saxlanılaraq məhkum olunması, Hacıye­va Vü­salə Qurban qızının isə qəsdən adam öldürməyə görə məhkum olunması müəyyən edilib. Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam et­dirilir.

Azvision.az


Teqlər: İran   DSX   DİN   Narkotik  





Xəbər lenti