Ölən qardaşının silah-sursatını polisə verdi

Ölən qardaşının silah-sursatını polisə verdi
  27 Fevral 2019    Oxunub:1590
Qanunsuz saxlanılan silah-sursatın könüllü təhvil verilməsi məqsədilə polis əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər öz nəticələrini verir.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini olan qadın evinin çardağında idman çantasının içində mərhum qardaşına məxsus silah-sursat aşkar etdiyini və onları könüllü olaraq polisə təhvil vermək istədiyini bildirib.

​Həmin ünvana gələn polis əməkdaşları oradan 2 ədəd “F-1” qumbarasını, 2 ədəd alışdırıcını, 64 ədəd avtomat patronunu, 2 ədəd patron darağını, 2 ədəd siqnal fişəngini və 1 ədəd silah təmizləmə ləvazimatını aşkar edərək götürmüş və aidiyyatı üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: Silah  





Xəbər lenti