Müavini Şahin Mustafayevin yerinə hesabat verdi

Müavini Şahin Mustafayevin yerinə hesabat verdi
  14 Noyabr 2013    Oxunub:1477
"Azərbaycanda iqtisadi inkişafın hazırda əsas hədəfi iqtisadiyyatın şaxələndirilməsini daha da dərinləşdirməkdir. Hədəflərimiz qeyri-neft sektoru ilə bağlıdır. Bu dövrədək iqtisadiyyatımızı 3 dəfədən çox artırmışıq və istəyimiz gələn 10 ildə ölkə iqtisadiyyatını 2 dəfə artırmaqdır. Keyfiyyətli insan kapitalının yaradılması qeri-neft sektorunun inkişafına təsir edən amillərdəndir. Bu sahədə də ciddi işlər aparılır. Qeyri-neft sektorunun inkişafı üçün dövlət tərəfindən geniş miqyaslı infrastuktur şərait yaradılır".

AzVision.az-ın məlumatına görə, bu fikirləri parlamentin bugünkü iclasında iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxışında deyib. Onun sözlərinə görə, özəl sahənin inkişafı üçün biznes mühiti vacibdir:

"Biznes mühitinin davamlı olaraq təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirilir. Son 10 ildə Azərbaycanın qeyri-neft sahəsində ixrac potensialı gücləndirilib. 2003-cü ildə 1218 adda məhsul ixrac edilirdisə, cari ildə 2273 adda məhsul ixrac edilib. Son 10 illik dövrdə qeyri-neft sahəsində kənd təsərrütı və emalı məhsullarının ixracı 9,4 dəfə artıb, sənaye məhsullarının ixracı isə 4,8 dəfə artıb. Bitki mənşəli yağların ixracı, hazır ərzaq məhsulları, eləcə də spirtli və spirtsiz içkilərin ixracı 38 dəfə artıb. Kimya səneyesi məhsulları, o cümlədən əczaçılıq məhsullarının ixracı isə 22 dəfə artıb".

Nazir müavini onu da qeyd edib ki, yeyinti məhsullarının idxalında mühüm ərzaq məhsulları üzrə ciddi azalma müşahidə edilir: "2012-ci ildə 2011-ci illə müqayisədə ət məhsullarının idxalı 30 %-dək, süd məhsulları 25 %-dək, un idxalı 89 %-dək azalıb. İnanıram ki, bu tendensiya bundan sonra da davam edəcək. Hazırda ikinci "2009-2013-cü illər üçün regionların sosial iqtisadi inkişafı dövlət proqramı" başa çatmaq üzrədir. Regionlarda bu illər ərzində 443 min yeni iş yerləri yaradılıb ki, bunlarında 336 mini daimi olub. II regional proqram çərçivəsində isə 25 mindən çox yeni müəssisələr fəaliyyətə başlayıb. Bu ilki proqrama görə isə bu müəssisələrin sayı 50 mindən çox olub. Elektrik təchizatı üzrə 23 min kilometrə yaxın elektrik verilişi xətləri çəkilib və əsaslı təmir olunub. 7 elektrik stansiyası istifadəyə verilib. 5400-ə yaxın transfarmator quraşdırılıb. 24 min kilometrdən çox yeni qaz xətləri çəkilib. 521 yaşayış məntəqəsi bu dövr ərzində qazla təmin edilib". "II proqram çərçivəsində 2 yeni hava limanı (Qəbələ və Yevlaxda) istifadəyə verilib. 2620 km respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilib. 112 körpü və tunel inşa olunub. 2332 km su, 1090 km kanalizasiya xətti çəkilib. 54 su anbarı tikilib. 863 km-dən çox korrektor dirinaj şəbəkələri tikilib. 1244 km suvarma kanallarının tikintisi, bərpası olub. Regionlarda 613 ATS istifadəyə verilib. 117 minədək nömrə tutumu artırılıb. 355 poçt binası tikilib. 623 məktəb, 112 uşaq bağçası tikilib. 209 tibb müəssisəsi, 282 mədəniyyət obyekti, 157 idman obyekti, 11 mindən çox sahibkarlıq subyektinə 850 milyona qədər kreditlər verilib" - deyə,

S. Həsənova çıxışına əlavə edib. O həmçinin qeyd edib ki, hazırda III regional inkişaf proqramını hazırlanması mərhələsindəyik: "Bu zaman daha çox kənd yerlərini nəzərə alacağıq".

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti