Poroşenko rusiyalı müşahidəçilərə qadağa qoydu

 Poroşenko rusiyalı müşahidəçilərə qadağa qoydu
  26 Fevral 2019    Oxunub:1469
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyadan olan müşahidəçilərin Ukraynadakı seçki proseslərində iştirakını qadağan edib.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının (parlament) rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

"Bu gün Poroşenko “Ukraynada seçki prosesinə nəzarət üzrə Ukraynanın bəzi qanunlarına dəyişiklik edilməsi haqqında” qanunu imzalayıb. Bununla da, Rusiyadan olan nümayəndələr Ukraynada keçirilən prezident, parlament və yerli seçkilərdə rəsmi müşahidəçi kimi iştirak edə bilməyəcəklər.

Qanunda qeyd olunur ki, “Ali Radanın təcavüzkar, yaxud işğalçı olaraq tanıdığı dövlətin vətəndaşları və ya müşahidəçi qismində iştirakı həmin dövlət tərəfindən təklif edilən şəxslər Ukraynadakı seçkilərə nəzarət edə bilməzlər” , - deyə məlumatda bildirilib.

Qanun sabah rəsmi qəzetdə dərc olunduğu andan qüvvəyə minəcək.

Kiyev bu addımı Rusiyanın Ukraynadakı seçkilərə müdaxilə risklərini və təhdidləri minimallaşdırmaq məqsədilə atdığını bildirir. Ukrayna Təhlükəsizlik Xidməti bəyan edib ki, Moskva 31 martda Ukraynada keçiriləcək prezident seçkilərinə müdaxilə üçün Rusiya xüsusi xidmət orqanlarına 350 milyon dollar ayırmağı planlaşdırır.

Xatırladaq ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının rəhbəri Piter Teylor, eləcə də, ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker rusiyalı müşahidəçilərə qoyulan qadağanı təqdir etmirlər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ukrayna   ATƏT   ABŞ   Rusiya  





Xəbər lenti