Paşinyanın məsləhətçisindən etiraf: “Əsgərlərimiz qorxurlar”

 Paşinyanın məsləhətçisindən etiraf:    “Əsgərlərimiz qorxurlar”
  26 Fevral 2019    Oxunub:2698
Ermənistan hökumətinin yüksək vəzifəli şəxsləri səviyyəsində Azərbaycan ordusunun erməni əsgərlərində qorxu yaratdığı etiraf edilib.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyanın məsləhətçisi, “İnsan İnkişafı üzrə Beynəlxalq Mərkəz”in rəhbəri Tevan Poqosyan “Facebook”da təmas xəttindəki son vəziyyəti şərh edərkən, Azərbaycan ordusunun həyata keçirdiyi mühəndis-istehkam işlərinin onlarda ciddi narahatlıq və qorxu yaratdığını bildirib.

“2018-ci ilin yayındakı hərbi çağırışdan 6 ay keçib. İndi bizdə elə bir vəziyyətdir ki, 6 aydan çox hərbi xidmətə başlayan yeni çağırışçılar hətta heç barıt qoxusu ilə də tanış deyillər, onların təcrübəsi də yoxdur. Təcrübəsizlik isə qorxu yaradır. Ümid edirəm ki, bizim ordumuzda “qorxunun ölçülməsi” üzrə hansısa instrument var, əks halda, hamınız yaxşı anlayırsınız ki, belə bir təcrübəsizlik üzündən hansı vəziyyət yarana bilər” – Poqosyan vurğulayıb.

Bununla da, Paşinyanın məsləhətçisi 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinin hərbi texnikadan düzgün istifadə edə bilməməsi və naşılığı səbəbindən, həm də qorxudan döyüş postlarını tərk edərək qaçmalarına diqqət çəkib. Azərbaycan ordusunun erməni əsgərlərinin canına saldığı bu qorxu, çətin ki, nə zamansa sovuşa.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Ordu  





Xəbər lenti