Arvadı zəng vurdu, Yunker yenə gündəmdə oldu - VİDEO

 Arvadı zəng vurdu, Yunker yenə gündəmdə oldu -  VİDEO
  26 Fevral 2019    Oxunub:3277
Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker yenidən mətbuatın gündəminə düşüb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Misirdə mətbuat konfransına qatılan Yunker gözlənilmədən çıxışını yarımçıq saxlayıb.
O, jurnalistlərdən üzr istəyərək, həyat yoldaşı zəng etdiyi üçün bu addımı atdığını deyib. Dəfələrlə qeyri-adi davranışları ilə diqqət çəkən Yunkerin sözləri gülüşlə qarşılanıb və bir çox aparıcı KİV-ləribu olayı işıqlandırıblar.



Qeyd edək ki, Yunker Misirin Şarm-əş-Şeyx şəhərində Ərəb Dövlətləri Liqası və Avropa İttifaqının ilk birgə sammitində iştirak edir.

Azvision.az



Teqlər: Yunker  





Xəbər lenti