Qazaxıstan hökumətinin yeni tərkibi təsdiqləndi

Qazaxıstan hökumətinin yeni tərkibi təsdiqləndi
  25 Fevral 2019    Oxunub:1908
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün imzaladığı növbəti fərmanla ölkənin Nazirlər Kabinetinin yeni üzvlərini təyin edib.
Azvision.az xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Prezidentin fərmanı ilə Qazaxıstanın yeni hökumətinin tərkibi müəyyənləşib.

“Qərara alıram ki, Smayilov Alixan Asxanoviç Qazaxıstan Respublikası baş nazirinin birinci müavini və maliyyə naziri, Kasımbek Jenis Mahmudlı baş nazirin müavini, Abayev Daurena Askerbekoviç informasiya və ictimai inkişaf naziri, Beketayev Marata bakıtjanoviç ədliyyə naziri, Birtanov Yeljan Amantayeviç səhiyyə naziri, Arıstanbek Muxamediulı mədəniyyət və idman naziri, Kanat Bozumbayev energetika naziri, Asker Jumaqaliyev rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri təyin edilsin” – fərmanda qeyd olunur.

KİV-də yayılan məlumata görə, Qazaxıstan XİN rəhbəri, həmçinin, daxili işlər və müdafiə nazirləri öz postlarında qalıblar.

Xatırladaq ki, Nazarbayev bu gün həm də Askar Maminin Qazaxıstanın baş naziri təyin edilməsi barədə fərman imzalayıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Qzaxıstan  





Xəbər lenti