“Brexit” təxirə salınır

 “Brexit” təxirə salınır
  25 Fevral 2019    Oxunub:1895
Böyük Britaniya hökuməti 29 marta təyin olunan “Brexit” prosesini 2 ay müddətinə təxirə salacaq.

Azvision.az xəbər verir ki, bu barədə “Telegraph” qəzeti yazıb.
Qeyd olunur ki, əgər 12 martadək Britaniya parlamenti “Brexit” sazişi ilə bağlı hökumətin təqdim etdiyi şərtləri bir daha təsdiqləməsə, onda Britaniya baş naziri Tereza Meyin nazirlər kabineti ölkənin Avropa İttifaqından (Aİ) çıxma tarixinin başqa vaxta salınması üçün Brüsselə rəsmi müraciət edəcək.

Britaniyalı nazirlərin fikrincə, mayda Avropa parlamentinə keçiriləcək seçkilərdə Britaniyanın iştirakına yol verməmək üçün “Brexit” prosesi 2 aydan çox təxiə salına bilməz. Aİ Şurasının prezidenti Donald Tusk Britaniyanın İttifaqdan ayrılmasının təxirə salınması məsələsinə razı olsa da, o, bunun 2 ay yox, 2 il müddətinə davam etməsinin tərəfdarıdır.

Qəzet onu yazır ki, bu gün Britaniya parlamentindəki bir qrup mötədil mühafizəkarlar “Brexit”in təxirə salınması ilə bağlı qanunda dəyişiklik edilməsi tələbilə hökumətə təklif təqdim edəcəklər.

“Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatmalı və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoymalıdır.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti