BDU-nun itkin düşən tələbəsi tapıldı

 BDU-nun itkin düşən tələbəsi tapıldı
  25 Fevral 2019    Oxunub:7550
Fevralın 17-də itkin düşən Goranboy sakini Mayis Qurbanov Quba rayonunda tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Mayis Qurbanov bu gün səhər saatlarında Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, M.Qurbanov Bakı Dövlət Universitetinin birinci kurs tələbəsidir.

Azvision.az



Teqlər: DİN   Tələbə  





Xəbər lenti