Moldovada parlament seçkiləri keçirilir

Moldovada parlament seçkiləri keçirilir
  24 Fevral 2019    Oxunub:2518
Bu gün Moldova Respublikasında parlament seçkiləri keçirilir.
MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutu (MDB PAA DİMBİ) seçkiləri müşahidə ediblər.

Təşkilatın Bakı filianından Azvision.az -a bildirilib ki, onlar sesvermənin təşkili və keçirilməsini, eləcə də məntəqə seçki komissiyasının fəaliyyətini müşahidə edib, səsvermənin gedişi barədə məlumatları mütəmadi olaraq MDB müşahidə missiyasının qərargahına təqdim ediblər.

Qeyd edək ki, Moldova Konstitusiyasına əsasən parlament 101 deputatdan ibarətdir, onların səlahiyyət müddəti dörd il təşkil edir. 2017-ci ildə Moldova Respublikasının seçki qanunvericiliyinə edilmiş dəyişikliklər müəyyən edir ki, Parlament seçkiləri qarışıq seçki sistemi əsasında keçirilir: 50 deputat ümummilli dairədə proporsional təmsil olunma sistemi qaydasında seçilir; daha 51 deputat – majoritar sistem qaydasında, hər birmandatlı dairədən bir nəfər.

Seçki hüququna malik olan və qanunla müəyyən edilən məhdudiyyətlərin subyekti olmayan 18 yaşı olan Moldova Respublikasının hər bir vətəndaşı deputat seçilə bilər.

Aktiv seçki hüququ məhkəmə instansiyasının qanuni qüvvəyə minmiş qərarı ilə bu hüquqdan məhrum edilən şəxslər istisna olmaqla, səsvermə gününə yaşı 18-ə çatmış Moldova Respublikası vətəndaşlarına verilib.

Seçkilərdə namizədləri irəli sürmək hüququna müəyyən edilmiş qaydada qeydiyyata alınan partiyalar və digər ictimai-siyasi təşkilatlar; Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınan seçki blokları; müstəqil namizədlər – Moldova Respublikasının vətəndaşları malikdirlər. Partiya (seçki bloku) namizədlərin ümummilli siyahısını irəli sürə bilər, həmin siyahı ən azı 30 və ən çoxu 55 nəfərdən ibarət olmalıdır, eləcə də 51 birmandatlı dairədən hər biri üçün bir namizəd. Bununla belə namizədlərin siyahıları hər iki cins üçün 40%-lik minimal təmsil olunma kvotasına riayət etməklə tərtib edilir.

Birmandatlı dairə üzrə namizədin qeydiyyata alınması üçün o, irəli sürülmək istədiyi birmandatlı dairədən seçki hüququna malik olan, onun leyhinə olan ən azı 500 və ən çoxu 1000 şəxsin imzası olan imza vərəqələrini təqdim etməlidir. Bununla belə qadın-namizəd öz lehinə ən azı 250 və ən çoxu 500 imza təqdim etdikdə qeydə alınmaq hüququna malikdir.

24 fevral 2019-cu il parlament seçkilərində ümummilli dairə üzrə 14 siyasi partiya və bir seçki bloku iştirak edir; birmandatlı dairələr üzrə 321 namizəd qeydə alınıb, onlardan 57 – müstəqil namizədlər, digərləri isə siyasi partiya və ya seçki blokları tərəfindən irəli sürülürlər. 2019-cu ildə seçkilərin hazırlanması və keçirilməsində 51 dairə seçki şurası və 2 141 məntəqə seçki bürosu iştirak edir.

Azvision.az


Teqlər: Moldova   Seçki   Parlament  





Xəbər lenti