“Sarı jiletlilər”in dünənki aksiyasına 46 min nəfər qatılıb

  “Sarı jiletlilər”in dünənki aksiyasına 46 min nəfər qatılıb
  24 Fevral 2019    Oxunub:1979
Ötən gün Fransada “sarı jiletlilər”in növbəti etiraz aksiyası keçirilib.
Azvision.az xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ölkə üzrə aksiyalarda 46 min 600 nümayişçi iştirak edib.

Paytaxt Parisdə isə 5800 aksiyaçı Yelisey çölləri prospektində, İnsan Hüquqları Muzeyinin yerləşdiyi Trokadero meydanında toplaşaraq hökumətə etirazını bildirib.

Bir çox şəhərlərdə nümayişçilərlə polis arasında qarşıdurmalar olub. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan və LBD silahlarından istifadə edib.

Azvision.az




Teqlər: Fransa   Etiraz  





Xəbər lenti