ABŞ-Meksika sərhədində tikanlı məftillər çəkiləcək
Amerika sərhədçiləri bir neçə qat tikanlı məftil çəkməklə bərabər, əlavə divarlar ucaldır, o cümlədən beton bloklar quraşdırırlar. Sərhəd-Gömrük Xidmətinin rəhbərliyi hesab edir ki, bu, sərhədin təhlükəsizliyini təmin edəcək və qeyri-leqalların ABŞ-a daxil olmasının qarşısını alacaq. Prezident Tramp fevralın əvvəlində El-Pasoda məhz bu sərhəd-buraxılış məntəqəsində olub və onu ən təhlükəli məntəqələrdən biri adlandırıb.
AzərTAc xatırladır ki, fevralın 15-də prezident Tramp ABŞ-da fövqəladə vəziyyət elan edib. Bu, demokratlar Meksika ilə sərhəddə divarın tikintisinə 5,7 milyard dollar ayırmaqdan imtina etdikdən sonra baş verib. Fövqəladə vəziyyətin elan edilməsi sayəsində divarın tikintisinə vəsait ABŞ Müdafiə Nazirliyinin büdcəsindən ayrılacaq.
Azvision.az
Teqlər: