DİM: Bu günədək 906 nəfər qeydiyyatdan keçib

 DİM: Bu günədək 906 nəfər qeydiyyatdan keçib
  24 Fevral 2019    Oxunub:2688
Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 31 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (88 vəzifə) və B (611 vəzifə) növünə aid 699 vakant inzibati vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 5-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə sənəd qəbulu davam edir.
DİM-dən Azvision.az -a bildirilib ki, fevralın 23-nə olan məlumata görə, müsahibədə iştirak etmək üçün ümumilikdə 906 nəfər qeydiyyatdan keçib. Müsahibədə iştirak üçün namizədlər martın 7-si saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı (eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (521 vəzifə) tərəfindən təqdim olunub. Bu agentlikdə işləmək üçün 533 nəfər müraciət edib.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti