Füzuli Ələkbərov xaricə gedir - son XƏBƏR

Füzuli Ələkbərov xaricə gedir - son XƏBƏR
  14 Noyabr 2013    Oxunub:2103
Azərbaycanın Cüdo üzrə milli yığma komandası 22-23 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində keçiriləcək Qran-Pridə iştirak edəcək.
AzVision.az xəbər verir ki, bu yarışda 40 ölkədən 265 cüdoçu güclərini sınayacaq.

Hazırda yığma komandamız təlim-məşq bazasında hazırlıqlarını davam etdirir. Komanda Abu Dabi Qran-Prisində aşağıdakı tərkibdə təmsil olunacaq:

1. Kifayət Qasımova 57kq
2. Aişə Qurbanlı 48kq
3. Orxan Səfərov 60kq
4. Ilqar Müşkiyev 60kq
5. Nicat Şıxəlizadə 66 kq
6. Tərlan Kərimov 66kq
7. Rüstəm Orucov 73kq
8. Vüqar Bayramov 73kq
9. Tural Səfquliyev 81kq
10. Məmmədəli Mehdiyev 81kq
11. Şahin Qəhrəmanov 90kq
12. Ramin Qurbanov 90kq
13. Elxan Məmmədov 100 kq
14. Uşangi Kokauri +100 kq
15. Vaxtanq Bitiyev +100 kq

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov cüdonun gələcək perspektivlərini və inkişaf istiqamətlərini müzakirə etmək üçün Abu Dabidə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə görüşəcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti