Moldova prezidenti qəzaya düşdü

  22 Fevral 2019    Oxunub : 891
Moldova prezidenti qəzaya düşdü
Moldova prezidenti İqor Dodonun olduğu kortej qəzaya uğrayıb.
Bu barədə Dodon özü “Facebook” səhifəsində yazıb. O, qəza nəticəsində xəsarət almadığını bildirib:

“Mən təhlükəsizlikdəyəm! Mənim olduğum avtomobil zərər görməyib. Yalnız təhlükəsizlik əməkdaşlarının olduğu avtomobil əzilib”.

Qəzanın təfərrüatları və xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Azvision.az

Teqlər: Qəza   Moldova