Keçmiş məhkum dörd evi yardı

  22 Fevral 2019    Oxunub : 734
Keçmiş məhkum dörd evi yardı
Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən yanvarın 21-də rayon ərazisindəki evlərin birindən 1000 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun yanvarın 20-dən fevralın 13-dək olan müddətdə daha 3 evdən pul, inşaat materialları, su mühərriki və kondinsioner oğurlaması da müəyyən edilib.

Azvision.az

Teqlər: DİN   oğurluq