Zaqatalada 2 avtomobil toqquşub, sürücü ölüb

  22 Fevral 2019    Oxunub : 978
Zaqatalada 2 avtomobil toqquşub, sürücü ölüb
Fevralın 21-də saat 18 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində rayon sakinləri B.Dadaşovun idarə etdiyi “Mercedes” və E.Qədimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən E.Qədimov orada ölüb. Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN