Bakıxanovda hərəkət məhdudlaşdırılır

  22 Fevral 2019    Oxunub : 683
Bakıxanovda hərəkət məhdudlaşdırılır
Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Səməd bəy Mehmandarov prospektində dəmir yolu stansiyasından Sabunçu Rayon İcra Hakimiyyətinə doğru olan istiqamətdə hərəkət qısa müddətə məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq əks istiqamət üzrə ikitərəfli olmaqla təmin olunacaq.

“Müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik”, deyə məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: AAYDA