42 nəfəri xəstəxanalıq edən sürücü yaralanmayıb - Açıqlama

  22 Fevral 2019    Oxunub : 1351
 42 nəfəri xəstəxanalıq edən sürücü yaralanmayıb - Açıqlama
Sumqayıtda 42 nəfərin yaralanmasına səbəb olan avtobus sürücüsünün vəziyyəti yaxşıdır.
Bu barədə Azvision.az -a Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqov məlumat verib. Onun sözlərinə görə, bu gün səhər saatlarında avtobusla toqquşan “Prado" markalı maşının sürücüsü müəyyən narahatlıqla bağlı xəstəxanaya müraciət edib.

“Hazırda həmin şəxs müayinə olunur, beynində sirklənmə var, həmçinin, dizində sınıq olduğu ehtimal edilir. Avtobus sürücüsünün isə vəziyyəti yaxşı idi, ona heç nə olmayıb”.

Qeyd edək ki, dünən Sumqayıt şəhərində 30 nömrəli müntəzəm xətt üzrə işləyən sərnişin avtobusu əvvəlcə "Prado"ya, daha sonra idarəetməni itirərək binaya çırpılıb. Hadisə nəticəsində 42 sərnişin yaralanıb. Hazırda faktla bağlı cinayət işi açılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Sumqayıt   Sürücü   Qəza