“Binə”də 4 anbardan oğurluq edən şəxs tutulub

  22 Fevral 2019    Oxunub : 1184
“Binə”də 4 anbardan oğurluq edən şəxs tutulub
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə “Binə” ticarət mərkəzində 4 nəfərə məxsus anbarlardan geyim əşyalarının oğurlanması barədə müraciətlər daxil olub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Quliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN