Putin Netanyahuya zəng edib

Putin Netanyahuya zəng edib
  21 Fevral 2019    Oxunub:1288
Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Telefon söhbətində İsrail baş nazirinin Moskvaya nəzərdə tutulan işgüzar səfərini yaxın vaxtlarda gerçəkləşdirəcəyi gözləntisilə, ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb” – məlumatda deyilib.

Həmçinin vurğulanıb ki, Netanyahu Rusiyanın qarşıdan gələn “Vətənin Müdafiəçisi Günü “ (23 fevralda qeyd olunur) münasibətilə Putini təbrik edib.

Qeyd edək ki, Netanyahunun Rusiyaya işgüzar səfəri bu günə təyin olunmuşdu. Lakin Rusiya XİN bildirib ki, İsraildəki seçkiqabağı daxili-siyasi vəziyyətlə əlaqədar Netanyahu Moskvaya səfərini qeyri-müəyyən müddətə təxirə salıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Moskva   Rusiya   İsrail  





Xəbər lenti