Paşinyan İrəvanda yürüş keçirəcək

Paşinyan İrəvanda yürüş keçirəcək
  21 Fevral 2019    Oxunub:2123
Ermənistanın baş naziri Nikol Paşinyan etiraz aksiyalarının dağıdılması zamanı hakimiyyətin güc tətbiqi nəticəsində 10 nəfərin ölümü və 250 nəfərin yaralandığı 2008-ci ilin 1 mart hadisələrinin 11-ci ildönümü ilə əlaqədar İrəvanda yürüş keçirəcək.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Paşinyan özü “Facebook” səhifəsində elan edib. Yürüşün martın 1-də keçiriləcəyi qeyd olunub.

“Müzakirələr nəticəsində qərar qəbul olundu ki, bu günü "Azadlıq" meydanından Myasnikyan abidəsinədək genişmiqaslı vətəndaş yürüşü ilə anaq. Yürüş Ermənistan vətəndaşının zorakılığa, seçkilərin saxtalaşdırılmasına, korrupsiyaya, qanunsuzluğa və siyasi təqiblərə qarşı qələbəsinə həsr olunacaq. Həmçinin, 10 qurbanın və ümumilikdə siyasi zorakılığın qurbanı olanların xatirəsini ehtiramla yad edəcəyik” – Paşinyan deyib.

Ermənistan baş naziri onu da vurğulayıb ki, martın 1-də həm də xalqa müraciətlə çıxış edəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Mitinq  





Xəbər lenti