20 günün qəza statistikası: 29 ölü, 83 yaralı

   20 günün qəza statistikası:    29 ölü, 83 yaralı
  21 Fevral 2019    Oxunub:1890
Fevral ayının 20 günündə respublikanın avtomobil yollarında 65 yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən xəbər verir ki, qəzalarda 29 nəfər ölüb, 83 nəfər xəsarət alıb.

Qeyd edək ki, yanvar ayında respublikanın avtomobil yollarında 88 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 43 nəfər ölüb, 154 nəfər yaralanıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qəza   DİN  





Xəbər lenti