Qanunsuz saxlanılan silahlar götürülüb

Qanunsuz saxlanılan silahlar götürülüb
  21 Fevral 2019    Oxunub:1582
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Vəng kənd sakini Tərlan Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı qoşalülə və Qubaxəlilli kənd sakini Rövşən Zülfüqarovdan isə “ İJ -18” markalı təklülə ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti