Mərkəzi Bank 1800 nəfərə 50 manat verəcək

Mərkəzi Bank 1800 nəfərə 50 manat verəcək
  21 Fevral 2019    Oxunub:3173
Əhalinin rəqəmsal ödənişlərə marağının artırılması, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin genişləndirilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən 01.02.2019-cu il tarixdən etibarən bütün respublika ərazisində “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya start verilib.
Vergilər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, lotereyada respublika ərazisində fəaliyyət göstərən təsərrüfat obyektlərində quraşdırılmış POS-teminallar vasitəsi ilə minimum 5 manat məbləğində nağdsız qaydada alış-veriş edən şəxslər avtomatik olaraq iştirak edəcək, keçirilməsi nəzərdə tutulan 3 tirajda qalib gələcək 1800 kart sahibinin bank hesabına 50 manat məbləğində uduş məbləği köçürüləcəkdir.

Bununla əlaqədar, nağdsız ödənişlərin qəbul edilməsi üçün tərəfinizdən POS-terminallardan istifadə edilməsi və istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması Sizdən xahiş olunur.

Bildiririk ki, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək Vergi Məcəlləsi ilə müəyyən olunmuş vəzifənizdir.

Azvision.az


Teqlər: MB   Vergi  





Xəbər lenti