Dəhşətli partlayış: 70 nəfər ölüb - (FOTOLAR+VİDEO)

Dəhşətli partlayış: 70 nəfər ölüb -  (FOTOLAR+VİDEO)
  21 Fevral 2019    Oxunub:6279
Banqladeşin paytaxtı Dakkada 4 mərtəbəli yaşayış binasının ən aşağı mərtəbəsindəki kimyəvi anbarda baş vermiş partlayış nəticəsində azı 70 nəfər həyatını itirib.

Azvision.az “İndian Express”ə istinadən xəbər verir ki, yanğın paytaxtın köhnə tikililərin olduğu Qədim Dakkanın Çavkbazar ərazisində baş verdiyindən tez bir zamanda ətrafdakı binalara yayılıb.
“Ölənlərin sayı arta bilər. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir” – Banqladeşin Yanğından Mühafizə və Mülki Müdafiə Xidmətinin direktoru Zülfiqar Rəhman deyib.

İlkin ehtimala görə, yanğına səbəb qaz balonunun partlaması olub.









Leyla Elbrusqızı
Azvision.az






Teqlər: Dakka   Banqladeş  





Xəbər lenti