Bəzi imtahan günlərində dəyişiklik edildi

 Bəzi imtahan günlərində dəyişiklik edildi
  21 Fevral 2019    Oxunub:3121
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edilib.

DİM-dən Azvision.az -a verilən məlumata görə, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də keçiriləcək.
Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi iyunun 30-da təşkil ediləcək.

Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-nə nəzərdə tutulan imtahan iyunun 30-da keçiriləcək.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki olduğu kimi qalır və DİM-in saytında göstərilib. Qrafik DİM-in saytının “Təqvim” bölməsinə də əlavə edilib. Axtarış sistemində lazım olan fəaliyyət istiqamətini və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə etmək mümkündür. İstifadəçi, həmçinin axtarış sistemində “status” bölməsində “keçirilir”, “keçiriləcək”, “keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına malikdir. Bundan əlavə, saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca “Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.

Azvision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti