Türkiyədə Xocalı şəhidləri anılacaq

   Türkiyədə Xocalı şəhidləri anılacaq
  20 Fevral 2019    Oxunub:2116
Hər il olduğu kimi bu ildə Türkiyədə Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündarın Azvision.az -a verdiyi məlumata görə, Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq rəhbərlik etdiyi quruma bağlı olan dərnəklər kütləvi aksiyalar keçirəcək. Belə ki, Adana Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi fevralın 28-də professor Aygün Attarın iştirakı ilə ermənilərin Xocalıda törətdiyi soyqırımı ilə bağlı konfrans təşkil edəcək. Bundan başqa, Ankara, Antalya, Balıkesir, Çankale, Derince, Edirne, Eskişehir şəhərlərindəki Azərbaycan dərnəkləri ermənilərin tarix boyu törətdikləri terror aktları, həmçinin Xocalı faciəsi ilə bağlı yerli, xarici mətbuat nümayəndələri üçün mətbuat konfransları keçiriləcək.

İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi isə fevralın 23-də soyqırımı ilə bağlı iclas və fotosərgi təşkil edəcək. İzmir şəhərində şəhərində isə Azərbaycan dərnəyi Xocalı şəhidlərinin xatirəsinə salınmış parkda anım mitinqi keçirəcək.

Bilal Dündarın sözlərinə görə, fevralın 26-da Kocaeli vilayətində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Heydər Əliyev Mədəniyyət Evinin və İzmit bələdiyyəsinin birgə təşkilatçılığı ilə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin ətrafında tədbir keçiriləcək. Daha sonra Heydər Əliyev Mədəniyyət Evində KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək. Analoji tədbir Körfəz Azərbaycan mədəniyyət və İdman dərnəyi tərəfindən də təşkil olunacaq.

Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Yalçın Daşdəmir bildirib ki, Xocalı faciəsi şəhidlərinin xatirəsinə ehsan veriləcək. Daha sonra isə Manisa şəhər sakinləri üçün Xocalı soyqırımı ilə bağlı fotosərgi təşkil olunacaq.



Azvision.az


Teqlər: Türkiyə   Xocalı  





Xəbər lenti