Həmsədrlər Mnatsakanyanla görüşdülər

Həmsədrlər Mnatsakanyanla görüşdülər
  20 Fevral 2019    Oxunub:2023
İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Endryu Şofer, İqor Popov və Stefan Viskonti Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşüblər.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan bəyan edib.
“Həmsədrlər regiona səfərləri çərçivəsində İrəvana gəliblər. Artıq onlar xarici işlər naziri ilə görüşüblər. Ermənistan baş naziri Nikol Paşinyanla da görüş keçirəcəklər”, - deyə Naqdalyan vurğulayıb.

Qeyd edək ki, Minsk qrupunun həmsədrləri İrəvandan sonra Bakıya gələcəklər. Həmçinin, məhz Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak da martın ilk yarısında Azərbaycan və Ermənistana səfər edəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Həmsədrlər   ATƏT  





Xəbər lenti