Türkiyə daha 2 ədəd “F-35” qırıcısı alacaq

  20 Fevral 2019    Oxunub : 1204
Türkiyə daha 2 ədəd “F-35” qırıcısı alacaq
““F-35” Birgə Zərbə Qırıcı Proqramı”nda tərəfdaş kimi iştirak edən Türkiyə bu proqram çərçivəsində mart ayında ABŞ-dan daha 2 ədəd “F-35” qırıcı təyarəsi alacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə müdafiə sənayesi naziri İsmayıl Dəmir açıqlama verib.

“Yenə də təkrar edirik, biz “F-35” və ya “Patriot”la bağlı məsələnin texniki yönündəyik. Artıq iki təyyarənin təslimatı edilib. Daha 2 ədəd “F-35” təyyarəsinin təhvili isə gələn ay baş tutacaq. Hazırda Türkiyənin istehsal məsələsində iş bölgüsü baxımından nə edə biləcəyi barədə müzakirələr aparırıq” - Dəmir vurğulayıb.

Qeyd edək ki, 2002-ci ildən etibarən ““F-35” Birgə Zərbə Qırıcı Proqramı”nın tərəfdaşı olan Türkiyə proqram çərçivəsində ABŞ-dan 100 ədəd “F-35” qırıcısı almağı planlaşdırır. Pentaqon ilk dəfə 2018-ci ilin 21 iyununda 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Türkiyə   F-35   ABŞ