Britaniyada daha bir deputat istefa verdi

  20 Fevral 2019    Oxunub : 693
Britaniyada daha bir deputat istefa verdi
Böyük Britaniyanın deputatı Coan Ryan Leyboristlər partiyasından istefa verib.
Azvision.az xəbər verir ki, Coan Ryan bu barədə “Twitter” səhifəsində yazıb. O, partiyanın anti-Semitizmlə mübarizədə uğursuzluğa düçar olduğunu, bu səbəbdən istefa verdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın əsas müxalifəti olan Leyboristlər partiyasının 7 deputatı partiya üzvlüyündən istefa vermişdi.

Azvision.az

Teqlər: Britaniya   Deputat