Qubada “Toyota” buzlu yolda aşdı - 2 nəfər xilas edildi

  Qubada “Toyota” buzlu yolda aşdı -    2 nəfər xilas edildi
  20 Fevral 2019    Oxunub:2538
Quba rayonunun Təngəaltı kəndində “Toyota” markalı minik avtomobili qarlı yolda sürüşərək uçuruma düşmək təhlükəsi ilə üzləşib.
Azvision.az FHN-ə istinadən xəbər verirki, avtomobildə olan şəxslərin xilas olunması üçün nazirliyin Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Həyata keçirilən birgə tədbirlər nəticəsində avtomobildə olan 2 nəfər xilas olunub. Hazırda avtomobilin təhlükəsiz əraziyə çıxarılması üçün zəruri tədbirlər həyata keçirilir. Əlavə məlumat veriləcək.

Azvision.az




Teqlər: FHN   Quba   Qəza  





Xəbər lenti