Koreyada təhsil almaq istəyənlərin nəzərinə!

Koreyada təhsil almaq istəyənlərin nəzərinə!
  19 Fevral 2019    Oxunub:3142
Koreya Respublikası tərəfindən 2019-2020-ci tədris ili üzrə Qlobal Koreya təqaüd proqramı elan edilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, magistratura, doktorantura və tədqiqat səviyyələri üzrə elan olunan proqrama 40 yaşa qədər Azərbaycan vətəndaşları müraciət edə bilərlər.

Aylıq təqaüd, təhsil haqqı, dil kursu, yol, sığorta xərcləri Koreya hökuməti tərəfindən ödəniləcək. Seçim zamanı ingilis (TOEFL və IELTS) və Koreya (TOPIK) dilləri üzrə sertifikatı olanlara üstünlük verilir.

Proqramda iştirak etmək istəyən Azərbaycan vətəndaşları sənədlərini martın 4-dək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür. Elan Təhsil Nazirliyinin saytında verilib.

Azvision.az



Teqlər: Koreya   Təhsil  





Xəbər lenti