"ABŞ Suriyada kvazi-dövlət yaratmaq istəyir" - Lavrov

   "ABŞ Suriyada kvazi-dövlət yaratmaq istəyir" -    Lavrov
  19 Fevral 2019    Oxunub:1883
ABŞ-ın məqsədi Suriyanı parçalamaq və Fərat çayının şərqində kürdlərin kvazi-dövlətini (Beynəlxalq münasibətlərin tam müstəqil olmayan xüsusi statuslu aktoru) yaratmaqdır.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Bildirib ki, Vaşinqton öz müttəfiqlərinə Suriyanın hökumətin nəzarətində olan azad edilmiş rayonlarının bərpasına vəsait ayırmalarını qadağan edir.

“Başqa sözlə desək, ABŞ da daxil olmaqla bütün beynəlxalq birliyin imza atdığı Suriyanın suverenliyi və ərazi bütövlüyünün bərpası tapşırığı əslində, Vaşinqton üçün sadəcə diqqət yayındırıcı manevr idi. Onların məqsədi – indi bu, daha da aydın görünür – Suriyanı parçalamaq və (Fəratın) şərq sahillərində kvazi-dövlət yaratmaqdır” – Rusiya XİN rəhbəri vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Rusiya   ABŞ  





Xəbər lenti