Netanyahu Moskvada Putinlə görüşəcək

Netanyahu Moskvada Putinlə görüşəcək
  19 Fevral 2019    Oxunub:1439
İsrailin baş naziri Benyamin Netanyahu fevralın 21-də Moskvaya işçi səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bəyanat yayıb.

“Görüş zamanı ikitərəfli, ilk növbədə, ticari-iqtisadi və humanitar sferalarda əməkdaşlığın aktual məsələlərinin müzakirəsi, eləcə də Fələstin-İsrail problemi və Suriyada vəziyyət də daxil olmaqla Yaxın Şərqdəki mövcud durumla bağlı fikir mübadiləsi aparacaqlar”, – deyə bəyanatda qeyd edilib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Suriya   Rusiya   İsrail  





Xəbər lenti