Ermənistanın dövlət qurumunda kütləvi korrupsiya

 Ermənistanın dövlət qurumunda kütləvi korrupsiya
  19 Fevral 2019    Oxunub:2183
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin bütün əməkdaşları hər ayın 7-dək minimum əməkhaqqı məbləğində pul mükafatı alırlar.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Jamanak” qəzeti məlumat yayıb. Lakin qeyd olunub ki, artıq ay yarımdır Komitənin işçiləri plan üzrə nəzərdə tutulan əlavə pullarını almadıqlarına görə rəhbərliyə yaman qəzəbləniblər.

“Ay yarımdır ki, pul mükafatları əməkdaşların hesabına yatırılmır və bu da Dövlət Gəlirləri Komitəsinin korrupsiyalaşmış kütləsinin hiddətinə səbəb olub. Əlbəttə ki, əgər Komitənin rəhbəri David Anayan evində oturub nərd oynasaydı, onun şəxsiyyətinə toxunmazdıq. Amma təsadüfən toxunmuruq axı, çünki 1,5 trilyon dramın yığımı ona etibar edilib. Bu məqamda bir sadəcə bir məsələni anlamaq istəyirik: dövlət büdcəsində pul yoxdur, yoxsa “katibəsi” üzündən təqribən 2000 dövlət qulluqçusu zərər çəkib? Və Dövlət Gəlirləri Komitəsinin katibəsi təkcə hamıya məlum mükafatdan sonra yox, həm də onun özünün də katibəsi olan xüsusi katibələrdən biri olduğu üzə çıxandan sonra məşhurlaşdı” – qəzet yazıb.

Həmçinin vurğulanıb ki, Dövlət Gəlirləri Komitəsinin rəhbəri kimi strateji əhəmiyyətli bir vəzifəyə baş nazir Nikol Paşinyanın korrupsioner David Anayanı gətirməsi və onun bu cür əməllərinə göz yumması sadəcə qəbuledilməzdir.

Xatırladaq ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsindəki qeyri-leqal pulların dövriyyəsi və işçilərə maaşlarından əlavə “paketlərin” verilməsi məsələsi ilə bağlı son günlər yaranan qalmaqal səngimək bilmir. Erməni KİV-ləri yazır ki, Komitənin rəhbərliyi hər ay əlavə 8-9 milyon dram alır, digər əməkdaşlar – katibələr, idarə rəisləri isə 2 milyon dram və daha çox pul mükafatı alırlar.

Yayılan xəbərlərə münasibət bildirən David Anayan isə etirafe dib ki, Komitədə verilən maksimum pul mükafatıın məbləği 1,5 milyon dram olub. Bütün bunlar Ermənistan cəmiyyətində ciddi narazılığa səbəb olub.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   Korrupsiyai  





Xəbər lenti