Britaniya Avropa Parlamentindəki seçkidən imtina etdi

 Britaniya Avropa Parlamentindəki seçkidən imtina etdi
  19 Fevral 2019    Oxunub:1999
Böyük Britaniya mayda Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etməyəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Britaniyanın “Brexit” məsələləri üzrə nazir müavini Martin Kallanan jurnalistlərə açıqlamasında deyib. O, bununla da, “Brexit” (Böyük Britaniyanın Avropa İttifaqından ayrılması) üçün Londonun Brüsseldən əlavə vaxt istəməyəcəyini dəqiqləşdirib.

“Britaniya seçkilərdə iştirak etməyəcək. Çünki baş nazir (Tereza Mey) açıq şəkildə bildirib ki, martın 29-da biz Avropa İttifaqını tərk etmək niyyətindəyik - 50-ci maddə (2007-ci il Lissabon müqaviləsinin) və bizim yerli qanunvericiliyimiz də bunu ehtiva edir” - Kallanan vurğulayıb.

Ötən gün isə Avropa İttifaqı Komissiyasının rəhbəri Jan-Klod Yunker Britaniyanın Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirakını istisna etməmişdi. Onun sözlərinə görə, London “Brexit”lə bağlı nəzərdə tutulmuş son tarixin uzadılması üçün müraciət edə bilər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Avropaİttifaqı   Britaniya  





Xəbər lenti