63 yaşlı qadının meyiti evdən tapıldı

63 yaşlı qadının meyiti evdən tapıldı
  19 Fevral 2019    Oxunub:1946
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Atakişiyeva Raifət Şahbuz qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti