Sabiq baş nazir Paşinyana qarşı koalisiya yaradır

  19 Fevral 2019    Oxunub : 1340
 Sabiq baş nazir Paşinyana qarşı koalisiya yaradır
Ermənistanın sabiq baş naziri, Moskvanın təlimatı ilə İrəvana qayıdan Karen Karapetyan ötən şənbə günü ölkənin keçmiş hakimiyyətinin elit nümayəndələrinin yığıncağını təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Jamanak” qəzeti məlumat yayıb.

Bildirilib ki, keçmiş iqtidar komandasının yüksək vəzifəli siyasilərinin görüşündə sabiq nazirlər və qubernatorlar da iştirak ediblər. Karapetyanın bu cür yığıncaq keçirməsinin məqsədi hazırkı baş nazir Nikol Paşinyana qarşı vahid koalisiya yaratmaq olub.

“Görüş zamanı iştirakçılar Ermənistanda yaranmış mövcud daxili siyasi vəziyyətdə mümkün fəaliyyətlərini, eləcə də, vahid komanda formasında çıxış etməyi müzakirə ediblər” – qəzet yazıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   Moskva