Piyadanı vurub qaçan sürücü tapıldı

Piyadanı vurub qaçan sürücü tapıldı
  19 Fevral 2019    Oxunub:1850
Fevralın 15-də saat 20 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisindən qəsəbə sakini Ə.Rəhimovun xəsarətlə xəstəxanaya gətirilməsi barədə 14-cü Polis Şöbəsinə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla Ə.Rəhimovun qəsəbə ərazisində yolu keçərkən avtomobillə vurulması məlum olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib. Qəza törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini M.Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti