ABŞ-ın 16 ştatı Trampı məhkəməyə verdi
“Qanunsuz immiqrasiya böhranı bəhanəsilə Tramp ölkədə fövqəladə vəziyyət rejimi elan edərək, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, hərbi tikintilər və hüquqi məcburetmə təşəbbüsləri üçün ayrılan federal vəsaitləri divarın tikilməsinə yönəltmək istəyir. Biz, prezident səlahiyyətlərindən sui-istifadəsini bloklamaq üçün Trampı məhkəməyə veririk” – ştatların iddia ərizəsində qeyd olunur.
Xatırladaq ki, cənub sərhədlərindəki vəziyyətin humanitar böhrana səbəb olması və dövlətin təhlükəsizliyinə təhdid yaratmasını əsas tutaarq ABŞ prezidenti Donald Tramp 15 fevralda ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə sənəd imzalayıb. Bu yolla o, Konqressdən yan keçərək Meksika ilə sərhəddə divarın tikintisi üçün federal büdcədən 8 milyard dollaradək vəsait ayrılmasına nail ola bilər.
Leyla Elbrusqızı
Azvision.az